24 Sentyabr 2017 21:59
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının VI turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdikıri oyuundan sonra mətbuat konfransı keçirib.

Teleqraf.com-un xəbərinə görə, “qırmızı-qaralar”ın baş məşqçisi komandasının oyununa və futbolçuları arasında yaranan qalmaqala münasibət bildirib.

- “Qəbələ” ilk hissədə yaxşı oynasa da, fasilədən sonra bunu görmədik. Bu, nə ilə əlaqədar idi: komandanız artıq qələbəni qazandığını düşünürdü, yoxsa rəqib təzyiqi artırdı?

- Oyunumuzu yaxşı adlandırdığınız üçün minntədaram. Təcrübə göstərir ki, adətən, belə üstünlükdən sonra futbolçular psixoloji cəhətdən rahat olurlar. Amma qələbə qazanmaq istəyən komanda 2:0-dan sonra da dayanmamalıdır, rəqibi daha çox təzyiq altında saxlamalıdır. Çünki düşünməlisən ki, bu rəqib daha çətin vəziyyətdə idi.

- Komandanız hücumda yaxşı təsir bağışlasa da, müdafiə haqda eyni sözləri demək olmur...

- İlk hissədə hücumda çox yaxşı oynasaq da, müdafiədə səhvlərimiz var idi. İrəli olduğumuz halda, arxa xətdə boşluqlar yaranmışdı. Amma ikinci yarıda da qol vurmaq üçün şanslarımız var idi.

- Ötən oyunda Asif Məmmədov meydana daxil olan kimi qol vurdu. Həmin epizodda siz başınızı tutmuşdunuz. Bunun səbəbi nə idi: Asifin qol vuracağına inanmırdınız?

- İnanmırdım ki, belə tez qol vuracaq. O, detalları nəzərə alıb qol vurdu. Hər şeyi yüksək səviyyədə yerinə yetirdi, topa ilk toxunuşdaca qol vurdu. 31 yaşı var, bu yaşda da öyrənə bilər. Hətta 40 yaşda da. Bu gün ona bənzər epizodlarımız olsa da, həmin şanslardan yararlana bilmədik.

- Oyunun sonunda Monroz və Ruslan Qurbanov arasında problem yaşandı. Bununla bağlı nə deyə bilərsiz?

- Həmin epizodu görməmişəm. Ona görə də dəqiq bir söz deyə bilmərəm. Təbii ki, bu məsələni araşdıracağam. Eşitdiklərimə görə nəticə çıxara bilmərəm. İstənilən kollektivdə belə narazılıq ola bilər. Bu gün olan sərhədi aşdı və günahı olanlar cəzalandırılacaqlar.

- Tərlan Əhmədov “Neftçi”nin baş məşqçisi təyin olunan günü Ruslan Qurbanov sabiq klubunun formasındakı şəkillərni sosial şəbəkədə paylaşdı. Bu, onun “Neftçi”yə qayıtmaq istəməsi kimi anlaşıldı. Ruslanda belə bir istəyin olmasını hiss etmisinizmi? Ümumiyyətlə, futbolçularınızı sosial şəbəkədəki izləyirsinizmi?

- Kompüterlə çox işləsəm də, sosial şəbəkələrə vaxt ayıra bilmirəm. Oyunçuları sosial şəbəkədə izləməyim qeyri-mümkündür. Bu barədə mənə hesabat təqdim edən kimsə də yoxdur. Mən daim çalışmışam ki, işlədiyim futbolçu rəhbərliyim altında inkişaf etsin və komandaya fayda versin. Hansısa oyunçunun istəksiz olduğunu görsəm, dərhal bu barədə danışığımız olur və qarşılıqlı şəkildə anlaşırıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər