Teleqraf.com xəbər verir ki, o “Əxlaqlı adam” şeirini İnstaqram hesabından paylaşıb.
O, hesab edir ki, yaradıcı insan öz yaratdığı əsərə açıqlama verməli deyil:
“Bunun üçün mahir nəzəriyyəçilərimiz, tədqiqatçılarımız var. Düşünmək çox gözəldir. Beynimiz təzələnir. Hər bir sözü istəsək pis, istəsək yaxşı mənada yoza bilərik və aça bilərik. Arzu edirəm ki, hamımız öz dostlarımıza, yaxınlarımıza pisliyə yaxşılıqla cavab verməkdən usanmayaq. Və mütləq göylərdən gözəl mükafat alacağıq. Buna bəzən də el arasında “Mən də yaxşılığın pozğunuyam” deyirlər.
***
Yorğunam mən,
Özüm bilərəm,
Yaşamağı dadıram
Yaxşılıqla yatıram
Yaxşılıqda yanıram
Mən yandıqca qanıram
Azmışam mən
Pozğunluğun yollarında
Yatmışam mən
Yaxşılığın qollarında
Döşəyimin yorğanıyam.
Yumru-yumru, yumru-yumru
Buludların arxasındayam
Vurğunuyam nəsihətin
Ölürəm acından onun üçün
Yeyərəm onu "uff" demərəm
Axı, o mənim hürriyətim
Min bir sahibi vardır
Mənim təmiz əxlaqımın
Dedi-qodudan
Qorxusu olmaz
Saf su tək əxlaqımın
Səhər-axşam qalxanıyam.
Çirkinliyin
Miskinliyin fərmanıyam
Küskünlüyün dərmanıyam
Qəmlər bir cür yozqundur
Dəmlər yüz cür yozqundur
Pozğunluğun acından
Ölüm acından.
Öldürəcəm acından
Ölün acından
O pozğun ki,
Mənim kimi bir pozğuna
Qoy rast gəlsin istəyirəm
Ey pisliyin pozğunları
Pozğun olub yaxşılıqda
Arxalıqda, yamanlıqda
Arxalıqda, yamanlıqda
Samanlıqda eşələnər
Köməyinə guya gələr
Səs-küyə ürpələnər
Asıldıqca
Mən pozğunam
Sən də pozğun ol deyəcək
Mənim kimi. - İtin kimi etibarlı
Olmağı mən istəyirəm.
Toxluğuyam yamanlığın
Çoxluğuyam tamahlığın
Vurğunuyam təsirliyin
Əsirgiyəm yönlülüyün
Heyranıyam adlılığın
Zirvəsiyəm yerliliyin
Ustadıyam çıxışlığın
Atılanıyam yaxşılığın
Heç kəs özünü
Saya bilməz.
Tam əxlaqlı adam.
Nə qədər ki, deyil.
Hamı.
Tam əxlaqlı adam.
Pərvin