23 Aprel 2023 08:05
1 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Ben Afflek həyat yoldaşı Cennifer Lopezin sirrini açıb.

Teleqraf.com xəbər verir ki, aktyor bunu Dryu Barrimurun verilişində açıqlayıb.

Dryunun 53 yaşında formada qalmaq üçün Cenniferin hansı pəhrizə riayət etməsi ilə bağlı sualından sonra Ben hər kəsi şoka salan cavab verib:

"Həqiqət budur ki, Cennifer istədiyini yeyir. Ümumiyyətlə, hər şey: pizza, peçenye, dondurma",

O, Lopezin mütəmadi olaraq idmanla məşğul olmasına aydınlıq gətirib, lakin bütün insanların təkcə idmanla formada qala bilməcəyini də əlavə edib:

"Mən də idmanla məşğul olub, məşqlər edirəm, amma heç də möhtəşəm görünmürəm.

Mənim mükəmməl dərim yoxdur. Bu məsələdə nizam-intizam və öz üzərində işləmə çox vacibdir. Amma bunda fövqəlbəşəri bir şey də var. O, dünyanın ən heyrətamiz qadınıdır, sadəcə heyrətamiz görünür" – deyə aktyor bildirib.


Müəllif: Pərvin Cəfərova