4 May 14:59
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin Ermənistan-ABŞ dostluq qrupunun üzvləri Vaşinqtonda ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeronla görüşüb.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi Azərbaycanla Ermənistan arasında Almatı bəyannaməsi əsasında delimitasiya prosesini alqışlayıb.

Tərəflər aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşü və Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsini vurğulayıblar.

Kemeron ABŞ-nin “suverenliyini qorumaq və demokratiyanı gücləndirmək yolu”nda Ermənistanın yanında olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu