4 May 15:35
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edərək COP29-un keçirilməsinə hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.

“ADB Prezident İlham Əliyevə COP29-a dəstək təklif edən məktub yazıb və biz artıq COP29 danışıqlarının uğurlu aparılması üçün hökumətin potensialının artırılması üçün texniki yardım təşəbbüsü göstərmişik”, - o bildirib.


Müəllif: Mənbə/Report