16 Oktyabr 2023 14:58
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gülüş həmişə xoşbəxt olmaq demək deyil. Bəzən içində daşıdığın kədəri gizlətmək üçündür".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva "Günaydın Azərbaycan" verilişində mərhum həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümündən danışarkən deyib:

"Qarşı tərəfi xoşbəxt etmək üçün gülürük, gülməliyik də. Çünki insanlarla kədərimizi yox, sevincimizi paylaşmağı öyrənməliyik. Belə bir söz var, əlində olmayan hadisələrin baş verməsininin iztirabı əlində olana şükür edənə qədərdir. Bunu bacarmaq yalnız güclü insanların işidir. Bu gün Dilarə və ya Oqtay sevənlər həyatda gülməyi və gülümsətməyi bacarırlarsa, bu, onların zəifliyi deyil. Güclü olmağa çalışmasıdır. Bunu insanlara daşımamaq lazımdır.

Hər insanın həyatında özünə əziz olan o qədər dərdləri, əzizləri, doğmaları var ki. Səni necə tanıyıblarsa, elə davam etmək istəyirsən. Öz yaranla kimisə ağrıtmaq, kədərini onun evinə daşımaq istəmirsən.

Gözəlliklər yaradan insan bu dünyaya bir missiya ilə gəlib. Özümüzdən asılı olmadan nəyisə etməyə çalışırıq. Bu missiyanı yerinə yetirmədəm bizim heç yerə getmək haqqımız yoxdur".

Qeyd edək ki, Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Onun idarə etdiyi “Lexus 570 LX” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.


Müəllif: Rəqsanə Həsənova