Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti pisləşib.
Mərhum xalq artistinin oğlu Rövşən Quliyev Teleqraf.com-a açıqlamasında anasının insult keçirdiyini deyib: “Anamı xəstəxanadan evə gətirmişik. Ev şəraitində müalicəsi davam edir. Vəziyyəti ağır olaraq qalır, sol tərəfi işləmir və ayaq hərəkətini itirib”.
Qeyd edək ki, Gülzar Quliyeva insult keçirib. O, eyni zamanda qaraciyər serrozundan əziyyət çəkir.