Pakistanda terrorçuların fəal olduğu Mohomand bölgəsində hərbi avtomobilə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 4 əsgər həyatını itirib, 3-ü isə yaralanıb.
Bundan başqa Pindiali rayonunda da yol kənarında quraşdırılmış bombanın partlaması nəticəsində isə daha 4 əsgər ölüb, 3-ü yaralanıb.
Ordu rəsmilərinin verdiyi məlumata görə, yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.