Azərbaycanlı qadının qatili tapıldı
Türkiyənin Balıkesir vilayətində 9 ay əvvəl vəhşicəsinə öldürülən azərbaycanlı qadının qatili onun sevgilisi çıxıb.
Anspress-in məlumatına görə, 50 yaşlı Səidə Eyvazova qətlə yetirildikdən sonra polis onun mobil telefonunda ölümünə qədər danışdığı adamlara nəzarəti daha da gücləndirib. Bir müddət aparılan araşdırmalar nəticəsində polis müəyyən edib ki, Səidə Eyvazovanı qətlə yetirən onun sevgilisi olub. Polis qəfildən cinayətkarın Erdek qəsəbəsindəki evinə basqın edib. Evə baxış zamanı cinayətkarın qətli törətdiyi bıçaq və narkotik maddələr aşkarlanıb.
Qeyd edək ki, 9 ay bundan əvvəl azərbaycanlı qadına bir meşəlikdə 24 bıçaq zərbəsi endirilərək qətlə yetirilmişdi.
/milli.az/