Bir müddət əvvəl azadlığa çıxan Xalqların Demokrat Partiyası (HDP) Adana millət vəkili Maral Danış Beşdaş bəyan edib ki, Konstitusiya Məhkəməsi həbsdə olan deputatları azad edəcək.
Teleqraf.com-un xəbərinə görə, kürdlərin 16 aprel referendumuna “yox” dediyini bəyan edən Maral Danış Beşdaşın sözlərinə görə, seçim xəritəsində çox dəqiq cədvəl var: “Kürdlər seçkidə “Hə” deməyib”.
Beşdaş əlavə edib ki, həbsdə olan HDP-çi millət vəkilləri Konstitusiya Məhkəməsi tərəfindən azad ediləcək.
Cavad