Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukaynanı xilas etməklə bağlı planını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Saakaşvili Kiyevdə Ali Rada önündə keçirilən aksiyada məlumat verib.
O bildirib ki, 70 gün müddətində Ukraynanı xilas edəcək.
Saakaşvili bundan başqa, Ali Rada önündəki aksiyaçılara Ukraynanın hazırkı Prezidenti Petro Poroşenkonun istefasını tələb etməklə bağlı çağırış edib.