Şənbə günü Böyük Britaniyada 4,7 maqnituda gücündə zəlzələ baş verib.
Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 18:31-də, Uelsin paytaxtı Kardiffdən 49 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur./Report/