Boko Haram terror təşkilatı Nigeriyada məktəblərdən birinə hücum edərək 111 məktəbli qızı oğurlayıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Yobe əyalətinin polis sözçüsü Əbdülmaliki Sumonu 2 gün öncə qaçırılan şagirdlərdən hələ də heç bir məlumat olmadığını bildirib. Dapçi bölgəsində axtarışlara başlanıldığını deyən Əbdülmaliki Sumonu qısa zamanda məktəblilərin tapılacağını söyləyib.
Xatırladaq ki, 2000-ci ildən ortaya çıxan Boko Haram terror təşkilatının hücumları nəticəsində yüz minlərlə insan Nigeriyadan köçməli olub.