10 Oktyabr 2020 18:59
4 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidentinin xarici siyasət ofisində bir çox səlahiyyətli şəxsin ardıcıl istefasından sonra Yelisey sarayında yoxlamalar aparılıb.

Teleqraf.com xəbər verir ki, Amerika, Asiya, Yaxın Şərq və beynəlxalq məsələlər üzrə məsləhətçilərin prezidentin xarici siyasət şöbəsindəki vəzifələrini tərk etmələrinə qərarı verilib.

Bir çox məsləhətçinin son aylarda xəstəlik məzuniyyətinə getməsindən sonra sarayda yoxlamalar başlayıb. Avqust ayında start götürən və bu ayın əvvəlində ilkin hesabatı təqdim olunan yoxlamada işçilər ümumiyyətlə rəhbərlikdən razı qalmadıqlarını bildiriblər.

Məlumata görə, audit hesabatının məzmunu açıqlanmasa da, işçilər şöbənin idarəetmə tərzini “qəddar” olaraq xarakterizə ediblər.

Xəbərlərdə diqqəti çəkən digər bir məqam da Prezident Emmanuel Makronun 2017-ci ildə vəzifəyə başladığı gündən bəri əlaqədar şöbədəki 20 müşavirin dəyişdirməsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər