15 May 00:28
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə səfərdə olan Finlandiya, Almaniya, Litva və Çexiya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri parlament binası qarşısında keçirilən aksiyada iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, Rustaveli prospektinə gələn komitə sədrləri “xarici təsir” qanununa etiraz edən aksiya iştirakçılarına dəstəklərini ifadə ediblər.

Bundestaqın xarici əlaqələr komitəsinin sədri Mixael Rot mitinqdə çıxışı zamanı hakim “Gürcü Arzusu” partiyasını “gürcü kabusu” adlandırıb.

“Tbilisi bu gün Avropanın həqiqi paytaxtıdır və biz sizinlə fəxr edirik. Sizin mübarizəniz bizim mübarizəmizdir və siz bizdən sadəcə sözlər deyil, daha çox şey gözləməlisiniz… Bu gün bizdən bir jurnalist “gürcü kabusu”nun seçicilərinə nə demək istədiyimizi soruşdu. Bizim cavabımız sadə idi – gənc nəsli dinləyin, uşaqlarınızı, bacı və qardaşlarınızı dinləyin”, - almaniyalı komitə sədri deyib.

Komitə sədrləri qeyd ediblər ki, Gürcüstan parlamentini ziyarət etmək istəsələr də qapılar bağlı olub.

“Sizin nümayəndələriniz bizi qəbul etmədilər və bizi dinləmədilər, lakin biz sizin səsinizi eşidirik və onlar bizə parlamentə daxil olmağa icazə vermirlərsə, bura gələrik. Sizin azadlıq uğrunda mübarizəniz bizim mübarizəmizdir”, - parlamentarilər bildiriblər.


Müəllif: Teleqraf.com