15 May 01:13
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun işində iştirak edən Leva Martirosyan həbs edilib.

Teleqraf.com xəbər verir ki, Basmannı məhkəməsi onu iyulun 12-dək həbsdə saxlamaq barədə qərar verib. Martirosyan xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur.

Məhkəmənin mətbuat xidməti açıqlamasında bildirib ki, Kuznetsov Martirosyanı hərbi xidmət vasitəsilə tanıyıb.

Bununla əlaqədar olaraq, Kuznetsovun Martirosyana himayədarlıq etmək müqabilində xüsusilə külli miqdarda digər əmlak formasında rüşvət alması iddia edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər