26 Noyabr 2020 17:19
3 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda uzun müddət casusluq ittihamı ilə həbsdə olan avstraliyalı qadın akademik Kiyli Mur-Gilbert sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, 2018-ci ilin sentyabrından bəri casusluq ittihamı ilə həbsdə olan Melbörn Universitetinin Yaxın Şərq siyasəti mütəxəssisi Mur-Gilbertin üç iranlı məhbus əvəzinə azad edildiyi bildirilib.

İran dövlət televiziyası Mur-Gilbertin Tehran hava limanında boz çadrada oturduğu görüntülərini yayımlayıb.

O, Melbörn Universitetinin Yaxın Şərq Araşdırmaları kafedrasında müəllim işləyirdi. 2018-ci ildə bir akademik konfransa qatıldıqdan sonra Tehran hava limanında tutulmuş, casusluq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər