4 May 16:09
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədri Samir Nuriyev məlumat verib.

Azərbaycanın COP29 zamanı prioritetləri haqqında danışan S.Nuriyev fəaliyyət gündəliyinin hazırlanmasının son mərhələdə olduğunu diqqətə çatdırıb.

Təşkilat Komitəsinin sədri COP29-un rəsmi internet səhifəsinin fəaliyyətə başladığını, yerli mediada COP29 ilə bağlı prosesin geniş işıqlandırıldığını, xarici media ilə fəal iş aparıldığını vurğulayaraq, nüfuzlu beynəlxalq nəşrlərdə COP29 komandasının müsahibələrinin dərc olunduğunu qeyd edib.

S.Nuriyev, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ölkədə görülmüş işlər barədə məlumat verib.


Müəllif: Teleqraf.com