Ukraynanın Sumı şəhərində güclü partlayış baş verib, küçə döyüşləri başlayıb.
Teleqraf.com Ukrayna mediasına istinadən bildirir ki, partlayışın böyük hissəsi hərbi hissə və incəsənət məktəbinin ərazisində eşidilib.
Sumıda səhər saat 8:00 radələrində hərbi hissə və artilleriya məktəbinin ərazisində güclü partlayış baş verib.
Ehtimala görə, işğalçılar hərbi hissəyə giriblər.
“Küçə döyüşləri gedir, ona görə də vətəndaşlardan çölə çıxmamaq xahiş olunur”, -hadisə yerində olan jurnalistlər bildirir.