1 Aprel 2022 20:39
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Acariya Abxaziya və Cənubi Osetiyadan nümunə götürərək Gürcüstandan ayrılmaq istəyini ifadə edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov deyib.

Onun iddiasına görə, Acarıstanın Gürcüstandan ayrılması prosesinə tarixi xüsusiyyətlər kömək edə bilər.

“Tarixi (türkyönlü), dini (islam) və coğrafi (Türkiyə ilə dəniz sərhədləri) şərtləri nəzərə alsaq, Ankaranın Acarıstan separatçılarının dəstəyi ilə Qara dənizin şimal-şərqində öz təsirini gücləndirmək fürsətini əldən verməyəcəyini başa düşmək asandır”, - Klimov bildirib.

Qeyd edək ki, bundan əvvəl Cənubi Osetiyadakı separatçı rejim Rusiyaya birləşmək üçün referendum keçirəcəklərini açıqlayıb. Rəsmi Tiflis bunu “qəbuledilməz” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu