26 Fevral 2023 00:45
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənipərəst Baronessa Kerolayn Koks anti-islamçılarla əlaqələri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV-də məlumatlar yer alıb.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks fəal ermənipərəst mövqeyi ilə seçilir. Onun islam əleyhinə təşkilatlar və fəallarla əlaqəsi üzə çıxıb.

Bu qurumlarla maliyyə əlaqələri barədə məlumatların sızmasından sonra deputat “Equal and Free Limited” qeyri-kommersiya təşkilatından maliyyələşmə faktını gizlətdiyini etiraf etmək məcburiyyətində qalıb. Parlamentin qaydaları Lordlar Palatasının üzvlərindən kənar təşkilatlardan alınan dəstək haqqında məlumatı açıqlamağı tələb edir.

Baronessa Koks ortodoks xristian qrupları ilə əlaqəli yevangelist xeyriyyəçilər tərəfindən idarə olunan Amerika təşkilatından və eynicinsli nikahlara qarşı kampaniyalardan maliyyə alıb. Sənədlər də göstərir ki, o, mütəmadi olaraq İslamın tanınmış tənqidçiləri ilə görüşüb.

K.Koks "Equal" and "Free Limited" qeyri-kommersiya şirkətindən aldığı dəstəyi qeydiyyatdan keçirməməsinin səbəbinin sadəcə onun ağlından keçməsi və alınan məbləğin onun parlament tədqiqatçısının maaşına sərf edildiyini qeyd edərək özünə haqq qazandırmağa çalışıb.

Məlumatda o da bildirilib ki, o, şirkətdə ödənişsiz direktor olduğunu bəyan etməyib. Sızdırılan sənədlər arasında Baronessa Koksun parlament palatalarına çağırdığı və İslamın tanınmış tənqidçilərinin iştirak etdiyi müntəzəm görüşlər barədə məlumatlar var.

Mətbuata sızan sənədlər arasında Baronessa Koksun İslamın tanınmış və təzadlı tənqidçilərinin tez-tez iştirak etdiyi parlament binasında çağırdığı müntəzəm görüşlərin protokolları da var.

2015-ci ilin iclas protokollarında İslam dininin "müsəlman olmayanların hamısına qarşı düşmənçilik niyyəti" olduğu vurğulanıb. Məlumata görə, Baronessa Koksun ifrat sağçı anti-İslam fəallarına hökumət iclaslarında iştirak etmək üçün şərait yaradıb.

Nəşr xatırladır ki, Lordlar Palatasının üzvləri, xüsusən də Baronessa Koksun nazirlərə, parlamentin özünə və bütün qanunvericilik sisteminə təsirləri var.


Müəllif: Teleqraf.com