21 May 2023 09:15
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan parlament seçkilərində seçki məntəqələri bu gün yerli vaxtla saat 07:00-da açılıb.

Teleqraf.com xəbər verir ki, onlar saat 19:00-dək işləyəcəklər, bundan sonra Yunanıstanın aparıcı telekanalları böyük "exit-poll"un ümumi nəticələrini elan edəcəklər.

O vaxta qədər KİV-ə ictimai rəy sorğularının ilkin qiymətləndirmələrini yaymaq qadağandır.

Saat 20:30 radələrində Daxili İşlər Nazirliyinin hesablanmış bülletenlərin 10%-nin, saat 21:30-dan 22:00-dək isə təxminən 80%-nin məlumatını açıqlayacağı gözlənilir.


Müəllif: Teleqraf.com