25 Aprel 08:43
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ əmindir ki, Rusiya nüvə gücünə malik peyk silahları hazırlayır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Birləşmiş Ştatlar Rusiyanın nüvə başlığı daşıya bilən peyk hazırladığına inanır”, – deyə Sullivan Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.

Sallivan əlavə edib ki, buna Rusiyanın ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməməsi ilə bağlı təklif etdiyi qətnamə layihəsinə veto qoyması da işarə edir.


Müəllif: Teleqraf.com