22 May 2015 13:35
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hakkari vilayətində yeni hava limanı istismara veriləcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, aeroport bu il mayın 26-da açılacaq.

Bundan başqa, bu gün Ordu vilayətində daxili uçuşlarda istifadə edilən təyyarələrə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş yeni hava limanı açılacaq.

Qeyd edək ki, Türkiyədə 69 aeroport fəaliyyət göstərir. Hazırda ölkədə 6 aerport tikilir.


Müəllif: