13 Sentyabr 2022 18:39
2 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və müttəfiqlərimiz arasında əməkdaşlıq ciddi müzakirələr üçün fürsət yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov brifinq zamanı ABŞ-ın bioloji laboratoriyaları ilə bağlı sualı cavablandırarkən deyib.

“Müttəfiqlərimizə güvənirik, onların Birləşmiş Ştatlarla münasibətlərini necə qurmalarına məsuliyyətlə yanaşdıqlarını bilirik. Amma onu da bilirik ki, ABŞ Rusiyanın KTMT müttəfiqləri ilə işləyəndə maraqlarımıza zidd olan maraqları rəhbər tutur və buna görə də burada dərin müzakirələr üçün fürsət var. Müvafiq anlaşmalar və digər sənədlər formasında bazaya malik olmaq və bunu genişləndirmək də daxil olmaqla, məhz bununla məşğul oluruq”, - diplomat bildirib.

Qeyd edək ki, KTMT üzvlərindən yalnız Ermənistanda ABŞ-ın bioloji laboratoriyasının olduğu sübut edilib. Rusiya illərdir öz mütəxəssislərini laboratoriyada yerləşdirməyə çalışsa da, ABŞ və Ermənistan buna mane olur.


Müəllif: Mənsur Rəğbətoğlu