13 İyun 2021 10:43
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Məmmədov paytaxtın Nizami rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və 5 qramdan artıq metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 313 qrama yaxın heroin, 53 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Haqverdiyev də müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev Xəzər rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı Binə qəsəbəsindəki evə baxış zamanı oradan 347 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov