24 Aprel 2023 21:09
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub.

Teleqraf.com xəbər verir ki, həmin şəxslər G. Əliyeva və onun oğlu Y. Əliyevdir.

Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

***

"Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından iki nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib".

Teleqraf.com xəbər verir ki, bu Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunur.

Bildirilir ki, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

***

Biləsuvar rayonunda yaşayış binasında partlayış olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

İlkin məlumata görə, hadisədə yaralanan iki nəfər Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən yaşayış binasında partlayış ilkin ehtimala görə qaz sızması nəticəsində baş verib.


Müəllif: Teleqraf.com