19 Fevral 10:38
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Ələkbərov saxlanılıb. Ondan heroin və metamfetamin aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun Əmircan qəsəbəsində yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 650 qram marixuana da aşkar olunaraq götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuşlar Rüstəm Qasımov və Seymur Bəyəliyev saxlanılıblar.

R.Qasımovdan 1 kiloqram 65 qram, S.Bəyəliyevdən isə 445 qram marixuana aşkar olunub.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə H.Z.Tağıyev qəsəbəsində bir evdən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş İslam Səfərov saxlanılıb.

Daha bir əməliyyat Abşeron rayonunda keçirilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfərə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən Fuad Babayev və Sabir Dünyamalıyev müəyyən olunaraq saxlanılıblar.


Müəllif: Hacı Zeynalov