27 Mart 09:41
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən rayon sakini, əvvəllər oğurluq və narkotik cinayərlərinə görə dəfələrlə məhkum olunmuş Saleh Əliyev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə daxili İşlər Nazirliyinin DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Onun üzərinə baxış zamanı 12 kiloqramdan artıq heroin, tiryək, metamfetamin və marixuana aşkar edilib.

Araşdırmalar zamanı S.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan "Baba" adlı iranlı narkotacir tərəfinən kuryerliyə cəlb olunduğu müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov