“Pis oyun keçmədi. 27 gündür burdayıq, futbolçularda fiziki yüklənmə var. Bu da normal haldır".
Teleqraf.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində "Mladost"la (Monteneqro) 1:1 hesabı ilə bərabərə qaldıqları sonuncu yoxlama oyunundan sonra deyib.
O, futbolçularının yaxşı mübarizə apardığını bildirib: "Səhvlərimiz oldu. Yoxlama oyunları da səhvlərimizi görüb aradan qaldırmaq üçündür. Zamanla bu səhvlər də düzələcək”.