28 Yanvar 01:39
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məqşçi tarixi açıqlayıb.

“İyunun 30-da “Barselona”nın baş məşqçisi vəzifəmi tərk edəcəyimi bildirmək istərdim. Biz bu qərarı prezident Rafa Yuste ilə birlikdə vermişik. Vəziyyət dəyişməlidir, mən bir klubun azarkeşi kimi hesab edirəm ki, bu, davam edə bilməz”, - deyə mütəxəssis bildirib.

Xavi 2021-ci ilin noyabrında "Barselona"ya rəhbərlik edib. Ötən mövsüm o, kluba İspaniya çempionatında və ölkə Superkubokunda qələbə qazandırıb.

Kataloniya klubu yanvarın 27-də İspaniya çempionatının 22-ci turunun matçında evdə "Vilyarreal"a uduzub (3:5). Bu mövsüm mavi qranatlar 44 xal toplayıb və turnir cədvəlində 3-cü yerdədir. Birinci pillədə qərarlaşan "Real Madrid"in aktivində 10 xal var. “Jirona” ikinci yerdədir (52).

Çempionlar Liqasının qrup mərhələsində Xavinin yetirmələri altı oyundan beşində qalib gələrək qrupda birinci yerdən pley-offa vəsiqə qazanıb. Pley-offda "Napoli" ilə qarşılaşacaqlar.


Müəllif: Pərvin Cəfərova