3 Mart 2023 12:29
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Azərbaycanın sədrliyi dövründə Qoşulma Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri müşahidə olunmaqdadır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, 120 dövləti birləşdirən hərəkat ölkələrin bir yerdə cəmləşdiyi ən böyük qrupdur: “Bu, BMT-dən sonra qlobal olaraq ikinci ən böyük təşkilat hesab olunur. BMT üzvlərinin 2/3-nün birləşdiyi hərəkat dünya əhalisinin 55 faizini özündə cəmləşdirib.

Hərəkata üzv olan dövlətlərdə il ərzində 15.0 trilyon dollar yaxın ümumi daxili məhsul (ÜDM) formalaşdırlır. Bu, qlobal iqtisadiyyatın 15.0 faizindən çoxu deməkdir. Ötən il hərəkata üzv dövlətlərin 4.5 trilyon dollardan çox ixracatı olub”.

Vüqar Bayramov deyir ki, Azərbaycanın hərəkatın fəaliyyətində fəal iştirakı və aktiv sədrliyi ölkənin geosiyası mövqeyinin daha da güclənməsinə şərait yaradır: “Azərbaycan Prezidenti İlham Əliyevin son zirvə görüşündəki çıxışı hərəkat vasitəsi ilə BMT və eləcə də “Bretton-Vuds” qlobal idarəetmə sistemində yeni təkmilləşdirməyə ehtiyacın olması və dəyişikliklərin necə aparılması ilə bağlı konkret istiqamətlərin təqdimatına imkan yaratdı. Ölkəmizin sədrliyi bir daha təsdiq etdi ki, Azərbaycan nəinki qlobal təşkilatlarda fəal iştirak edən, hətta bu qurumların idarə edilməsində də aktiv mövqeyə malik olan dövlətlərdəndir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər