13 Aprel 2018 17:28
9 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zeynəb Dostəliyevanın bir qızının yoldaşı ağır xəstədir.

Teleqraf.com xəbər verir ki, müğənni bu haqda ARB TV-nin “Sirdaş Rövşanə” proqramında qonaq olarkən deyib.

Z. Dostəliyeva bildirib ki, qızını 15 yaşında ərə verib:

“Nəvələrimin yolunda canımı da qoyaram. Qızımın yoldaşı ağır xəstəlik tapıb. Mədə xərçəngidir. İndi durum qızımı boşatdırım ki, sən yaramırsan, pul gətirmirsən? Övlada ata lazımdır. Qızım özünü ora-bura vurur. Uşağa deyə bilmərik ki, sənin atan pul qazanmır, istədiklərini ala bilmir. Çünki atasının vaxtında olub, gətirib, amma indi xəstədir. Digər qızımın da ailəsində söz-söhbətlər var. Özümüz verdik. Qoymadıq ki, uşaqlar oxusunlar. Qızlarımı verəndə birinin 15, digərinin də 16 yaşı var idi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər