"Park Cinema Flame Towers”də "Hozu cangüdən" filminin qala gecəsi baş tutub.
Teleqraf.com xəbər verir ki, "Hozu cangüdən" filmində baş rolun ifaçısı və ssenari müəllifi aktyor Məcid Hüseynov ekran əsərinin çəkilişi üçün avtomobilini satdığını deyib.
Ekran əsərində müğənni obrazını canlandıran aparıcı Kamilə Babayeva isə "Filmdə sevgi, məhəbbət, saflıq var",-deyə təəssüratlarını bölüşüb.
"Hozu cangüdən" filminin çəkilişlərinə 200 min manat vəsait xərclənib.
Qala gecənin aparıcısı Zümrüd Bədəlova olub.
Filmin qala gecəsində xalq artisti Aygün Səmədzadə, əməkdar artistlər Elməddin Cəfərov, Rafael İsgəndərov, Coşqun Rəhimov, ssenarist Müşfiq Abbasov, rejissor Kənan M.M və bir çox tanınmışlar iştirak ediblər.
Film bu gündən etibarən kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, filmdə Məcid Hüseynov, Kamilə Babayeva, Elsevər Camal, Teymur Məmmədov, Ülviyyə Əliyeva, əməkdar artistlər Elza Seyidcahan, Cavanşir Məmmədov, meyxanaçı-müğənni Namiq Qaraçuxurlu rol olub.
Ekran işinin ssenarisi Məcid Hüseynov, Elnur Hüseynov, Alim Cəfər və Faiq Ağamalıya məxsusdur.
Filmin quruluşçu rejissoru İlham Yaşaroğlu, quruluşçu operatoru isə Rəşad Qarayevdir.