12 İyun 2023 14:22
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın şagirdlərinə qızıl aldırmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli sosial şəbəkədə bu sözləri yazıb:

"Yazıq müəllimlər… Küçə qadınlarına ən bahalı hədiyyələr verənləri araşdırsınlar. Bu müəllimin özəl günününə alınıb. Nə alsın, qaloş?! Müəllimə yaxşı şeylər niyə qadağandır? Qızılın qabından da çox bahalı olmadığı görünür. Lap 1000 manat düşünək, çoxdur ki? Ömrü gedib yazıq müəllimin".

Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən 1 saylı Xırdalan tam orta məktəbin 4-cü sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlərə özünə qızıl aldırması ilə bağlı iddialar haqqında araşdırma aparıldığı bildirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər