Xalq artisti Ceyran Haşımova “Xoş gəldim” verilişində həmkarı Nisə Qasımova haqqında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Ceyran Haşımova Nisə Qasımovanı nankor adlandırıb: "Onu Zeynəb Xanlarovanın yanına mən aparmışam. Birgə bəstəkar Ələkbər Tağıyevin evində getdik. Mən fortepianoda ifa etdim, Nisə “İstəyirəm, görəm səni” mahnısını oxudu.
Biz məşq etdik. Zeynəb xanım isə bizə qulaq asdı. Haqqı deyirəm, Nisənin ifası Zeynəb xanımın xoşuna gəldi. Söylədi ki, Ələkbər Tağıyeva mənim üçün nə mahnı yazacaqsansa, mən oxuyub bitirəndən sonra verərsiniz Nisə Qasımovaya... Biz Ələkbər müəllimin evində ansamblı ilə məşqlər edirdik”.
Xalq artisti aparıcının “Niyə sizi Nisə Qasımova axtarmır?” sualına isə “Nankordur. Ona yalvarmayacam ki, gəlsin, məni axtarsın. Mən Nisəyə haqqımı halal etmirəm. Heç zaman da haqqımı halal etməyəcəyəm, çünki onun üzərində dünyanın zəhmətini çəkmişəm. Nisə vəfasız olsa da, xalq aristi fəxri adını daşıyır”,-deyə cavab verib.