Xalq artisti Nisə Qasımova ARB televiziyasında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nisə Qasımova ona pislik edənləri bağışladığını deyib: "Məni bitirməyə çox çalışdılar. Son illər sağlamlığıma dəyən zərbələr yaşadıqlarımla bağlıdır. Səhhətimdə ciddi nəsə olanda gizlədirəm. Anam görürdü ki, həddindən artıq əziyyət çəkirəm. Mənə pislik edənləri bağışlayıram, amma anamın göz yaşlarını yox. 51 ildir ki, içimdə gizli sirr saxlayıram. Nə vaxtsa danışacam, bunu yalnız, mən, anam və Allah bilir".
Nisə Qasımova şəxsi həyatından da danışıb: "Yüz yaşıma az qalıb, yenə soruşurlar ki, niyə ailə qurmamısan? Ailə qurmaq vaxtıdır?"