22 Noyabr 2023 15:40
2 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor, rejissor Elşad Rəhimzadəyə qarşı dələduzluq edilib.

Elşad Rəhimzadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Sosial şəbəkədə özünü vəkil kimi təqdim edən Panəliyeva Səbiyyə İlham qızı adlı şəxs etibarımdan sui-istifa edədərək məni aldadıb, mülki mübahisə ilə əlaqədar məhkəmə işlərimdə vəkil kimi hər hansı hüquqi addım atmayıb, “Access” banka ödəməli olduğum aylıq ödənişləri, banka ödəmək adı ilə məndən aldığı pulları mənimsəyib, dələduzluq niyyəti ilə 8300 manat məbləğində pulu alaraq mənə ziyanı vurub.

Sonradan mənə məlum olub ki, Səbiyyə Panəliyeva Vəkillər Kolleqiyasının üzvü deyil. Vəkillik hüququ və təhsili olmadan dələduzluq edib, vurduğu ziyanın ödəməsindən boyun qaçıraraq, “Access” bankda girovda olan mülkiyyətimin bank tərəfindən müsadirə olunmasına gətirib çixarıb.

Ailə üzvlərimdən Emin Əbdürəhimov 1300 manat, Kərim Əbdürəhimov 1600 manat, mən özüm isə 5400 manat pulu Səbiyyə Panəliyevanın kart hesabına pul köçürmüşük.

Nəzərinizə çatdırıram ki, sosial şəbəkələrdə dəfələrlə Səbiyyə Panəliyeva dələduzluğu haqqında məlumatlar yayılıb. Şikayətimi Daxili İşlər Nazirliyi 102 qaynar xəttinə bildirərək, Xəzər rayonu 2 saylı polis bölməsinə, Yasamal Rayon Polis İdərəsinə, Bakı şəhər Prokrorluğuna, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişəm.

Səbiyyə Panəliyevanın dələduzluğu nəticəsində 3 aydır ailə üzvülərim yeganə mülkiyyəti olan yaşayış yerlərini itiriblər”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər