19 Noyabr 15:43
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Makron “Böyük İyirmilər”in Brazilya toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrovun əlini sıxarkən, o biri yandan da ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməsinə icazə verməsini dəstəklədiyini bildirib. Bəlkə də Lavrovun əlini sıxan Makron Almaniya kansleri Olaf Şoltsdan sonra rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq planı qurub. Makron Şoltsla yanaşı, ABŞ-ın yeni Prezidenti Donald Trampın da Kreml sahibi ilə dil tapacağından və bununla hər ikisindən geri qalacağından narahatdır”, - deyə ekspert söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər