19 Noyabr 15:56
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüşündə irimiqyaslı silahlı toqquşmaya hazır olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, nazir ordunun İranın düşmənlərinə yerini göstərməli olduğunu bildirib.

“Müharibəyə hazırlıq bunun qarşısını alır. Əgər bunun baş verməsinin qarşısını almaq istəyirsinizsə, gücünüzü göstərməli, müharibə və müdafiəyə hazır olduğunuzu bəyan etməlisiniz. Bu, müharibənin qarşısını alacaq. Qarşıdurmaya hazır olmadığınızı göstərən ən kiçik bir zəiflik nümayiş etdirsəniz, siz müharibə məcbur ediləcəksiniz”, - Əraqçi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər