19 Noyabr 22:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun COP-29-da iştirak etmək üçün onun təyyarəsinin Azərbaycana Türkiyə hava məkanından istifadə edərək keçməsinə icazə verilməməsi məsələsini şərh edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı danışıb.

“Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər