Çəkdiyiniz selfilərdəki görüntünüzdən razısınız? Bir çox insan narazıdır və hətta bu narazılıq əməliyyat qərarını verməkdə də təsirli rol oynayır.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, selfilərin pis çıxmasının əsl səbəbi alimlər tərəfindən araşdırılıb və çox maraqlı məlumatlar üzə çıxıb.
Selfi çəkmək dəb olsa da insanlar öz rəsmlərini bəyənmədiklərini və onları xoşagəlməz hesab etdiklərini dəfələrlə ifadə ediblər.
Güzgüyə baxmaqla selfidə özümüz arasında ciddi fərqlər var. Buna səbəb telefonlardakı selfi kameralarının fərqli görüntüyə sahib olmasıdır. Selfie çəkərkən təhrif edilmələr buna səbəb ola bilər. Məsələn, telefonu üzünüzə yaxınlaşdırıb tutduqda burnunuzun ucu ilə qulaqlarınız arasındakı məsafə artdığı üçün qeyri-təbii görünüş yaradır.
Lens təhrifi pis selfilərin əsas amillərindən biridir. Çünki linzalar zədələnirsə, bu, çəkdiyimiz fotoşəkillərin pis çıxmasına səbəb olur.
Smartfonlarda bir çox üz filtri tətbiqləri bu gün də mütəmadi istifadə olunmağa davam edir. Dərinin hamarlanmasından, dişlərin ağardılmasından, makiyaj effekti verilməsindən, üzü minimuma endirməyə qədər bir çox prosedurlar həyata keçirilir. Bununla belə, həddindən artıq filtrlərdən istifadənin mənfi təsirləri də var.
Hətta bir çoxlarının selfilərini bəyənməyərək bıçaq altına girdiyi də məlumdur. Amerika Üz Plastik və Rekonstruktiv Cərrahiyyə Akademiyasının 2019-cu ildə keçirdiyi sorğularda insanların 72 faizi selfilərdə görünüşlərini yaxşılaşdırmaq üçün plastik əməliyyat etdirdiklərini bildirib.