08:49
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu HƏMAS-a Qəzza zolağında nəzarət strukturlarını saxlamağa icazə verməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının şimal və cənub zonalarını ayıran "Netsarim" dəhlizini ziyarət edərkən deyib.

Baş nazirin sözlərinə görə, ordu HƏMAS-ın Qəzzanı idarə etməsinə mane olmaq məqsədinə çatmaqda “əla nəticələr” əldə edib.

"Biz onun (qruplaşmasının) hərbi potensialını möhtəşəm şəkildə məhv edirik və onun idarəetmə potensialı ilə məşğul olacağıq. (...) Qəzzada HƏMAS olmayacaq", - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər