19 Noyabr 14:12
3 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Co Baydenin icazəsindən sonra Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq ABŞ istehsalı ATACMS ballistik raketləri ilə Rusiya ərazisindəki hərbi obyekti vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Senzor” portalı mənbələrə istinadla məlumat yayıb.

“Noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya Federasiyasının Bryansk vilayətinin Karaçev şəhərindəki 1046 saylı maddi-texniki təminat mərkəzinə zərbələr endirib”, - məlumatda deyilir.

Hədəfə alınan ərazidə silsilə partlayışlar və yanğın qeydə alınıb.

“Hədəf uğurla vurulub”, - nəşr yazır.

Karaçev Ukrayna sərhədindən təxminən 130 km məsafədə yerləşir.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bundan əvvəl Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri uzaqmənzilli ATACMS raketləri vurmağa icazə vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər