Bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi bəyan eləmədən Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel səsləndirib.
“ABŞ öz silahları ilə Rusiyanın ərazisinə 300 kilometrə qədər zərbələr endirmək barədə mühüm qərar qəbul edib. Avropa İttifaqında isə bu, milli səlahiyyət məsələsidir. Bir neçə Aİ ölkəsi bunu həyata keçirib, digərləri məhdudiyyətləri ləğv edib, amma bunu açıqlamayıblar, bəziləri isə susur”, - Borrel belə söyləyib.