19 Noyabr 13:13
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ səfirliyində qəbulda iştirak edən yüksək vəzifəli məmurları istefaya göndərib.

Teleqraf.com xəbər verir ki, bu sözləri keçmiş erməni diplomat Edqar Qazaryan deyib.

“Bir neçə gün əvvəl ABŞ-ın İrəvandakı səfirliyində Amerika prezident seçkiləri ilə bağlı keçirilən rəsmi qəbulda iştirak edən Sasun Xaçaturyan, Vahe Qazaryan və Arqişti Kyaramyan Nikol Paşinyanın xahişi ilə tutduqları vəzifələrdən azad ediliblər”, - deyə siyasətçi bildirib.

Qazaryan sözügedən şəxslərin ABŞ səfiri Kristina Quinla fotosunu da təqdim edib.

Keçmiş məmurların Paşinyanla məsləhətləşmədən səfirliyə qəbula getmələri barədə Ermənistan mətbuatında iddia dolaşır.

Arqişti Kyaramyan Ermənistan İstintaq Komitəsinin sədri, Sasun Xaçaturyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri, Vahe Qazaryan isə daxili işlər naziri postlarını tutub. Hər üç məmur dünən istafa verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər