Ukrayna ərazilərin minalardan təmizlənməsi və enerji infrastrukturunun bərpasında göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirir.
Teleqraf.com xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən mətbuat konfransında Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk deyib.
“Mən ərazilərin minalardan təmizlənməsi və enerji infrastrukturunun bərpasında Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etmək istərdim”, - o qeyd edib.