Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilən xalq yazıçısı Çingiz Abdullayevin səhhətindən danışıb.
Yazıçı Anar Teleqraf.com-a açıqlamasında Çingiz Abdullayevin səhhətinin normal olduğunu deyib:
"Hazırda səhhəti yaxşılığa doğru gedir. Bazar ertəsi işə çıxacaq".
Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısının səhhətində yenidən problem yarandığına görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.