14 Noyabr 2019 09:36
2 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-un qonağı olub.

Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvana səfərini şərh edən Tofiq Zülfüqarov onun “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılığın rəsmiləşdirilməsi mümkün deyil” bəyanatına da aydınlıq gətirib.

Tofiq Zülfüqarov ATƏT-in Minsk qrupunun rusiyalı keçmiş həmsədri Vladimir Kazimirovun Yevgeni Primakov Rusiyanın xarici işlər naziri təyin olunarkən, təşkil etmək istədiyi görüşün necə iflasa uğradığından söz açıb:

“Primakovla görüş keçirmək istəyəndə dedi ki, biz oraya Ermənistan, Azərbaycan və Dağlıq Qarabağı dəvət edirik. Dedim, bəs Azərbaycan icmasını necə? Dedi ki, istəyirlərsə, sizinlə gəlsinlər. Dedim, üçtərəfli formatda görüşə gədən deyiləm. Gecə ikən prezident Heydər Əliyevə zəng elədim, məlumat verdim, təlimatları aldım və bu görüşə qatılmadım. Sonra Kazimirov üçün böyük problem yarandı. Primakov ondan soruşub ki, sən görüşü təşkil edirsən, mənim yanıma ermənilərdən başqa gələn yoxdur, ilk görüşümü bu şəkildəmi qurmusan? Kazimirovu danlamışdılar, hətta töhmət də vermişdilər. Açıq deyək ki, buna Azərbaycan tərəfi səbəb olmuşdu”.

Onun sözlərinə görə, Rusiyanın Ermənistana marağı itib: “Rusiya imperiyasının genişlənməsi Baltikyanı ölkələrdən başlayıb, amma oradan çıxıb gediblər. Rusiya üçün Ermənistanın hansısa hərbi və geopotilik əhəmiyyəti sıfıra bərabərdir. Ermənistan qulpsuz çamadana çevrilib. Bunu hiss edən ermənilər Paşinyan kimi siyasətçini hakimiyyətə gətiriblər ki, Rusiya siyasətindən dönüb Qərb siyasətini həyata keçirsinlər”.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər