8 May 2023 13:54
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bu qərar müstəqillik tariximizin maştabına görə ən böyük humanist addımlardan biri hesab edilir. Bu qədər insanın əfv olunması ulu öndər Heydər Əliyevin tarixi missiyasının da tərkib hissəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

“Ulu öndər Heydər Əliyevin siyasətində humanizm, həmrəylik, insanlara qayğı hər zaman ön planda olub. Səhv etmiş, cinayət törətmiş, daha sonra bu əməlindən səmimi peşmanlıq çəkən insanları bağışlamaq ümummilli liderin ən böyük dövlətçilik, rəhbər kimi yüksək insani xüsusiyyətlərindən bir idi. Ulu öndər həm də Azərbaycan xalqı üçün həmişə birləşdirici lider olub. Bu mənada Prezident İlham Əliyev tərəfindən bu Sərəncamın imzalanması ilə Azərbaycanda yüzlərlə ailədə sevinc yaşanıb. Eyni zamanda bu insanların dövlətimizə olan inamı daha da güclənmiş olub”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu əfv sərəncamı ilə ailələrinə qovuşmuş insanları təbrik etdiyini deyib: “Arzumuz budur ki, bundan sonra bu insanların yolları həmişə açıq olsun. Yolları heç vaxt bir də bağlı qapılar arxasına düşməsin”.

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncamı növbəti dəfə atılmış humanist bir addımdır.

Bununla yüzlərlə adam öz ailəsinə qovuşacaq. Ona görə, bu çox təqdirəlayiq bir haldır. Sözsüz ki, əfv siyahısının daha da genişlənməsini istərdik”.

Hüquq müdafiəçisinə görə, bu əfv siyahısı müstəqillik tariximizin ən böyük humanist qərarından biri kimi növbəti mərhələdə belə ardıcıl addımların atılacağına zəmin yaradır:

“Ona görə də, bu formada əfv Sərəncamının imzalanması vacib idi. Bu, alqışalayiq bir qərardır. Ola bilsin ki, kimlərsə bundan kənarda qalıb. İnanırıq ki, yaxınlarda onlarla da bağlı qərar veriləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər